az | en | ru | tr

“KARTON-TARA” ASC DAİM İNKİŞAFDADIR

“Azersun Holdıng” Şirkətlər Qrupunun nəzdində olan “Karton-Tara” ASC, respublikada fəaliyyət göstərən bütün növ istehlakçıların tələbatını ən yüksək səviyyədə, müxtəlif növ qablaşdırma məhsulları ilə təmin edir.

“ Bakı Karton-Tara” fabriki ilk dəfə 1977-ci ildən fəaliyyətə başlamışdır. Sonralar fəaliyyəti dayandırılmış fabrik 1997-ci ildən “Azersun Holdıng” Şirkətlər Qrupuna daxil olaraq respublikada fəaliyyət göstərən bütün növ istehlakçıların tələbatını ən yüksək səviyyədə, müxtəlif növ qablaşdırma məhsulları ilə təmin etmişdir. “Azersun Holding” tərəfindən böyük sərmayələrin ayrılması və müasir texnologiyaların tətbiqi nəticəsində, müəssisə bu gün respublikanın müxtəlif dizaynda büzməli karton və qutu məmulatlarına olan illik tələbatı ödəməyə qadirdir.
Qeyd etmək lazımdır ki, müəssisədə çalışan işçilərin sayı 160 nəfərdən ibarətdir.

İstehsal olunan məhsullar:

Büzməli karton -3 və 5 laylı
Karton qutular – 3 və 5 laylı, rəngli və rəngsiz
Müxtəlif ölçüdə qəlibdən çıxan tavalar, rəngli və rəngsiz
Müxtəlif arakəsmələr, qutu üçün xüsusi içliklər
Yumurta kaseti qablaşdırma məmulatı

Xammal və yardımçı maddələr:
Əsas xammal sayılan karton və kağız məmulatları Rusiyadan və Türkiyədən alınır.
Yardımçı maddələrin əksəriyyəti Türkiyədən, bəziləri isə İrandan alınır.

Müəssisənin istehsal gücü:

İllik istehsal gücü – 72 mln. m2 və ya 32 min ton büzməli karton və qutu məmulatları.
Müəssisənin hal-hazırda istehsal həcmi;
Büzməli karton və qutu istehsalı – son 6 ay göstəricilərinə görə 3.5 mln. m2 (1 ay ərzində),
Yumurta kaseti istehsalı – 240000 ədəd (1 ay ərzində).

Müəssisəyə qoyulan sərmayələr haqqında:

“Azersun Holding” tərəfindən avadanlıqların modernləşdirilməsinə və təmirinə olduqca böyük sərmayələr ayrılır ki, bu da avadanlıqların istismar müddətini uzatmaqla yanaşı, həm də məhsulun keyfiyyətinin aşağı düşməsinin qarşısını alır.

1999-cu ildən indiyə kimi müəssisədə bir necə müasir tipli avadanlıqlar alınıb quraşdırılmışdır.

Gələcəkdə isə müəssisənin istehsal gücünü daha da inkişaf etdirmək məqsədi ilə yeni avadanlıqların alınması üçün sifarişlər olunmuş və yaxın zamanda onların quraşdırılması nəzərdə tutulmuşdur.

Avadanlıqlardan bir neçəsini qeyd etmək olar:
Saatda 4000 ədəd istehsal gücünə malik olan-yumurta kaseti pres makinası;
Tullantı kağızların preslənməsi üçün 2 ədəd pres makinası. Gücü – 500-1000 kq;
Karton tullantılarının doğrayıcı makinası – 1 ədəd.

Eyni zamanda qeyd etmək lazımdır ki, 2006-2008-ci illər ərzində fabrikin əsas istehsalat, anbar sahələri və ofis binalarında əsaslı təmir işlərinə başlanılmış və bu günə qədər davam etməkdədir. Belə ki:
Əsas istehsalat sahəsində abadlıq işləri aparılmış,
Elektrik təsərrüfatına aid olan avadanlıqlar tam yenilənmiş,
Fabrikdə yeni müasir tipli yanğından mühafizə sistemi quraşdırılmış,
Ofis binasında əsaslı təmir işləri aparılmış, işçilər rahat iş şəraiti ilə təmin edilmiş,
Fabrikin ətraf sahəsində təmir və abadlıq işləri görülmüşdür.