![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Faydalı məlumatlar
Karton məmulatları haqqında məlumatlar
- Karton sellüloz liflərindən emal edilmiş kağızlardan istehsal olunur. Karton, astar adı verilən iki düz lövhə ilə bu lövhələrin ortasında dalğa-gofra adı verilən dalğalı hissənin bir-birinə yapışdırılmasından meydana gəlir. Karton müxtəlif məhsulları paketləyərək qorumaq, daşımaq və istehlakçıya çatdırmaq üçün nəzərdə tutulmuş qutu ləvazimatıdır.
- Üç təbəqənin bir araya gəlməsiylə meydana gələn karton məmulatı hər bir təbəqənin təkbaşına sahib olduğu gücdən daha böyük gücə sahib olur. Bundan əlavə başdan-başa gofradan ibarət olması, kartona sərtlik və davamlılıq verir.
- Kartonun dalğaları arasında havanın dolaşma imkanının olması, onda istilik dəyişmələrinə qarşı qoruyucu rolunu oynayır.
Karton istehsalı
Kartonu əmələ gətirən struktur tərkib, üz tərəfində istifadə olunan “Liner” və gofrada istifadə olunan “Fluting ”cinsli kağızlardır. Liner olaraq adlandırılan kağızlar, bozumtul, ağ və ya rəngləndirilmiş ola bilən “Kraft Liner”, “Test Liner” və “Schrenz” dir. Gofrada istifadə edilən isə “NSSC Fluting”, “Saman Fluting” və “Schrenz”dir.
Kartonu əmələ gətirəcək üz, iç, ara qatlardakı kağızların çəki, cins və özəllikləri qutunun tətbiq sahəsiylə əlaqəli olduğundan böyük əhəmiyyət daşıyır.
İstifadə olunan kağızların, yapışqanın, qatqı maddələrinin cinsi də məqsədə uyğun olaraq seçilməlidir. Məsələn, açıq rəngdə rənglənəcək qutular üçün boz və tünd rəngli kraftlar, nəmli mühitdə saxlanacaq qutular üçün isə aşağı çəkili zəif fluting kağızları seçilməməlidir.
Karton yarıməmulunun alınması
- Kartonun istehsalı, istehsal ediləcək kartona uyğun cins və miqdarda liner və fluting kağızın, kağız anbarından alınaraq karton istehsalı avadanlığına taxılması ilə başlayır. Tək dalğalı kartonun hazırlanması üçün karton istehsalı avadanlığının “yaş” qismindəki ən önəmli hissə olan “single facer” qrupu (gofra maşını) bir çox hissələrdən ibarətdir. İstilik və buxarla yumşaldılan fluting kağızı, single facerdə gofra vallarının arasından keçərək dalğa şəklini alır və gofra halına gətirilir. Bu şəkilləndirmədən dərhal sonra dalğa təpələrinə adətən nişasta əsaslı yapışqan sürtülür və ön qızdırıcıda qızdırılıb hazırlanmış liner kağızına preslənərək yapışması təmin edilir.
- Əldə edilən tək üzlü kağız, “körpü” üzərinə yığılır. İki tip dalğalı karton istehsal edən maşınlarda iki ədəd, üç dalğa istehsal edən maşınlarda isə üç ədəd “single facer” qrupu—gofra pres maşını mövcud olur. Karton istehsalı avadanlığının “yaş” qismindəki ikinci önəmli hissə olan “duble facer” ( qurutma) qrupunda, isidilmiş və bu dəfə digər üzündəki dalğa təpələri yapışqanlaşdırılmış olan tək üzlü təbəqəsinə, ön qızdırıcılarda qızdırılan liner yapışdırılaraq tək dalğalı karton təbəqəsi əldə edilir. Cüt dalğa tələb olunduqda isə, ikinci tək üzlü əlavə edilir və beş qat kağız ilə cüt dalğalı karton istehsal edilir. Karton avadanlığında istifadə edilən yapışqanın sürətli qurumasına baxmayaraq, karton, əvvəlcə isitmə tavaları üzərində qurudulur, sonra isə kəçələrin arasından keçərək nəmliyini ataraq soyuyur.
- Bundan sonra karton istehsalı avadanlığının “quru” qismində, kartonun kənar çıxıntıları (trim) kəsilir, planlandığı şəkildəki sıra sayına uyğun boyuna kəsimi yerinə yetirilir və tələb olunduqda dalğalara dik gələn rilləri ( qatlama yerləri) salınır. Bu işlərin ardından kartonun eninə kəsimi aparılaraq, bəzən eyni, bəzən də fərqli boylarda karton lövhələr əldə edilir və üst-üstə yığılaraq təyinatı üzrə istifadə edilir.
Karton istehsalında tətbiq edilən kağızlar
Kartonun xüsusiyyətləri cinslərindən, istehsalatda istifadə edilən kağızlardan və yardımçı vəsaitdən asılı olaraq müəyyən edilir. Kartonun xüsusiyyətini araşdırmaq üçün, ilk önçə onun hansı kağızlardan istehsal olunduğunu bilmək lazımdır. Belə ki, istifadə edilən xam maddə və istehsal üsulları kağızlara bir-birindən fərqli özəlliklər verir. Bu özəlliklərin məqsədə uyğun olaraq seçilməsi isə uyğun qutu istehsalı üçün çox böyük əhəmiyyət daşıyır.
Karton istehsalında istifadə edilən kağızlar; odundan, saman və bunlara bənzər bitkilərdən, bir dəfə işlənmiş kağızlardan ( tullantı kağızlar ) əldə edilən kağızlar və həmçinin cinsinə görə fərqli miqdarda istifadə edilən əlyaf, su, qatqı maddələri və kağız emalı üsulları istifadə olunaraq istehsal edilirlər.
Əlyaf - ağac və ya bitkinin gövdəsində mövcud olan incə, ipvari hissələrdir. Odun və bitki əlyafı birinci növ, geri dönüşündə əldə edilən əlyaflar isə ikinci növ olaraq adlandırılırlar. Əlyafların boyu uzandıqca kağızların müqaviməti də artır. Yumşaq ağacların əlyaf boyları 4-6 mm arasında, sərt ağacların əlyaf boyları isə 1-2 mm arasında dəyişir.
Qeyd etmək lazımdır ki, hər növ ağac karton kağızlarının istehsalında tətbiq edilə bilməz.
Kağızın mexaniki özəlliklərini yaxşılaşdırmaq, nəmliyə, yağa müqavimətini artırmaq, səthinin düzgünlüyünü təmin etmək, rəngləmək məqsədi ilə nişasta və rəngləndirici maddələrdən istifadə edilə bilər.
Karton istehsalında tətbiq edilən kağızlar iç, çöl üzlər və ara qatlarda istifadə edilən Liner; gofrada istifadə edilən Fluting kağızlar olmaqla iki əsas qrupa ayrılırlar.
- KRAFT LINER
- TEST LINE
SCHRENZ və ya geri qazanılmış kağız (RECYCLED) olaraq adlandırılan və istehsal olunan kağızlar isə cinslərinə görə həm liner, həm də fluting olaraq istifadə oluna bilərlər. Linerlər kPa (kilo Paskal) ilə ölçülən və 1,5 ilə 5 arasında dəyişən partlama dəyərləri (BST) ilə, Flutinglər isə N (newton) ilə ölçülən üfüqi əzilmə dəyərləri (CMT) ilə sinifləndirilirlər.
- NSSC
Odunu qısa əlyaflı sərt ağaclardan ( məsələn: evkalipt ) olan, qismən mexaniki və kimyəvi yolla istehsal edilən bu kağız növü kartonlarda gofra təbəqəsinin istehsalında istifadə olunur. Bu növ kağızlar əlyaf xüsusiyyətləri səbəbindən, nəm və istiliyin təsirindən aldıqları şəkli qoruyub saxlayırlar. İstehsal üsulunu göstərən “Neutral Sulfite Semi Chemical” sözlərinin baş hərfləri ilə adlandırılan bu kağızlar, 85-200 qr/m2 olaraq istehsal oluna bilirlər. Daha çox istifadə olunan çəkiləri isə 112-127 qr/m2-dir. İstehsal olunduğu ölkələrə görə daxilindəki ikinci növ əlyaf qatqısı 10-50 % arasında dəyişə bilər.
- Schrenz
Hər növ köhnə kağız əlyafından yararlanaraq istehsal edilən, əsasən boz görüntülü, tələbat olduqda isə rənglənərək liner və fluting olaraq istifadə edilə bilən zəif müqavimətli kağızlardır. Partlama dəyərləri 2 kPa altında olub, ağırlıqları 100-350 qr/m2 arasında dəyişir.
- Geri Qazanılmış Kağız (Recycled)
Tamamilə ikinci növ əlyafdan istehsal olunan kağız olaraq müqaviməti aşağıdır. Ancaq müxtəlif qatqı maddələri tətbiq edilərək artırıla bilər. Ağırlıqları 85-220 qr/m2 arasında dəyişə bilir. Recycled ( qayıdan ) kağızların xam maddəsi olan ikinci növ əlyaf; işlənmiş köhnə karton qutular, karton fabriklərindən çıxan qırıntılar, istifadə edilmiş kraft torba kimi kağız qaynaqlarından istifadə edilir. Bu kağızlar fərqli qatqı maddələri və fərqli əlyaf istifadə edilərək istehsal edildikdə, liner kagızı olaraq böyuk miqyasda istifadə edilə bilər. İkinci növ əlyafdan istifadə olunması aşağıdakı pozitiv və neqativ faktorlara səbəb olmuşdur.
Pozitiv - ətraf mühitin çirklənməsinin azaldılması, iqtisadi olaraq kağızın qiymətinə təsir;
Neqativ - kağızın üfüqi əzilmə, qopma, partlama kimi mexaniki özəlliklərinin zəifləməsı, istifadə edilən xam maddəyə görə keyfiyyət fərqlilikləri göstərməsi.
Saman Fluting
Samanın yarı kimyəvi olaraq emal edilməsi ilə əldə edilən birinci növ əlyafa, təxminən 60 % ikinci növ əlyaf qatılmaqla, 112-160 qr/m2 olaraq istehsal edilən fluting kağızlarıdır. Üfüqi əzilmə dəyərlərinin yüksək olmasına baxmayaraq, rütubətdən və nəmdən tez təsirlənir.
Karton məmulatlarında dalğa cinsləri
Karton məmulatı dalğalandırılmış (gofra edilmiş) kağızın iki düz təbəqə arasına yapışdırılması ilə əmələ gəlir. Kartonun “onurğasını” meydana gətirən dalğalar - şaquli baxdıqda sütunlara, üfüqi baxdıqda isə bir açıqlığa getmənin ən sadə və güvənli yolu olan kəmərlərə bənzəyirlər. Bu güclü struktura qarşı karton məmulatları hər bir istiqamətdə asanlıqla kəsilib qatlana bilirlər.
Dalğa
- Karton məmulatının dik olan kəsintidə görünən profili dalğaya oxşadığından belə adlandırılır.
Dalğalar qruplara bölünürlər. Onlar yüksəkliyinə, boyuna və 1 metrdəki sayına görə sinifləndirilirlər. Dalğa şəkli karton məmulatının fluting təbəqəsində linerlə müqayisədə daha artıq kağız istifadə edilməsinə səbəb olur. 1 metr linerə qarşı dalğa cinsinə bağlı olaraq istifadə olunan fluting miqdarı, dalğa sayı ilə ( take-up faktoru ) müəyyən edilir.
Dalğa cinsi |
Dalğa yüksəkliyi |
Dalğa boyu (b) |
Dalğa sayı /m |
Gofra əmsalı |
A-iri |
4,0-4,8 |
8,0-9,5 |
105-125 |
1,48-1,53 |
B-incə |
2,2-3,0 |
5,5-8,5 |
153-181 |
1,28-1,43 |
C-orta |
3,2-4,0 |
6,8-8,0 |
125-147 |
1,42-150 |
E-mikro |
1,0-1,8 |
3,0-3,5 |
285-334 |
1,22-1,29 |
Bundan başqa, istifadəsi geniş olmayan F dalğa və K dalğa da mövcuddur;
- F dalğa: H 0,8 mm, b 24 mm, dalğa sayı /m 420
- K dalğa: H 7,0 mm, b 12,0 mm, dalğa sayı /m 90
- N dalğa: H 0,6 mm, dalğa sayı /m 560
- Fərqli dalğa cinsləri, karton məmulatına dəyişik özəlliklər qazandırırlar.
A Dalğa
Dalğa yüksəkliyinə bağlı olaraq qalın divarlı olması, onun şaquli yükləri çox yaxşı daşımasını, üfüqi müstəvidə isə asan əzilə bildiyi üçün çox yaxşı yastıqlama olmasını təmin edir. Səthi əzilməsi zəif olan bu cins, dalğa aralığının böyük olması səbəbi ilə, düzgün təzyiq səthi verməz. Bu özəlliklər, cüt dalğa kombinasiyalarında A dalğanın iç üzdə birləşdiyi digər dalğanın, incə və daha sıx aralıqlı olması səbəbi ilə xarici üzdə istifadəsini tələb edir. Başlangıcda ölkəmizdə çox geniş istifadəsi olan A dalğa, yerini kağız sərfiyyatı baxımından daha sərfəli olan və daha yaxşı təzyiq səthi verən C dalğaya buraxmaqdadır.
B Dalğa
- Divar qalınlığının az olması səbəbi ilə vertikal yüklərin daşınmasındakı davamsızlığına qarşı, dalğalarının daha sıx olması səbəbiylə isə səthi əzilməyə olduqca dayanıqlıdır. Bu xüsusiyyətinə bağlı olaraq təzyiqdə olduqca yaxşı nəticə verir. Ən geniş istifadə olunan növdür.
C Dalga
- A və B dalğadan sonra ortaya çıxan və hər ikisinin müsbət xüsusiyyətlərini qarşılayan bu dalga cinsi yaxşı daşıyıcıdır və təzyiqdə müsbət nəticə verir. Uzun müddət A dalğaya qarşı mübarizə aparmasına rəğmən, istifadəsi artmaqdadır.
E Dalga
1 Metrdəki dalğa sayının çox olması səbəbindən, mükəmməl səthi əzilmə davamlılığı olan E dalğa, təzyiqdə bütün digər dalğa cinslərinə görə ən yaxşı nəticəni verir. Bu özəlliklər səbəbindən, E dalğa karton qutularda geniş şəkildə istifadə edilməkdədir. E dalğa digər dalğa ilə birləşdiyində isə nöqsansız qutular yaradılır və təkbaşına daşıma paket olaraq istifadə edilə bilirlər. E dalğa eyni zamanda, ofset təzyiqli kartona laminasiya edilərək, istehlak tarası kimi istifadə edilir.
- Eyni məqsədlə meydana gəlmiş F dalğa da, tamamilə bu məqsədə yönəldilmişdir. Ən son istehsal olunan dalğa cinsi isə F dalğadan 20 % daha incə, 1 metrdə 0,6 mm yüksəkliyində 560 ədəd dalğası olan N dalğadır. Özəllikləri kartona çox bənzəyən bu dalğa cinsi də laminasiyaya olduqca uyğundur.
Karton taraların tətbiq sahələri
- İstifadə məqsədinə uyğun olaraq, fərqli keyfiyyət və çəkidə kağız və dalğa seçimi ilə çeşidli keyfiyyətdə karton tara əldə oluna bilir. Dalğaların özəlliklərinə görə baslıca tək dalğa karton tara tipləri A,B,C və E-dir. Bunlar öz aralarında: E+B, B+A, B+C kimi birləşdirilərək cüt dalğa, E+B+B, B+C+C, A+C+B, C+B+E kimi birləşdiriləndə isə üç dalğalı kartonu əmələ gətirirlər.
- A dalğa: Özəlliklə daşıyıcı olmayan məhsulların taralarında və çox üst-üstə sıralanacaq anbarların qurulmasında yastıq vəzifəsi görməsi və sox əmici olması səbəbi ilə ara bölmə, qüvvətləndirmə və s. materialların yerinə yetirilməsində istifadə edilir.
- B dalğa: Hər çeşid məhsulun, xüsusilə də özü daşıyıcı olan məhsulların paketlənməsində, qəlibli qutuların istehsalında tətbiq edilir.
- C dalğa: Yaş tərəvəz və meyvə də daxil olmaqla, bir şox məhsulların paketlənməsində tətbiq edilir.
- E dalğa: Olduqca incə bir dalğadır. Üzərinə gözəl naxış vurula bilən, istehlak paketləmə istehsalında geniş tətbiq edilir.
- Cüt dalğa: Güclü olması səbəbi ilə böyük yükləri daşıya bilən və üst-üstə sıralanmağa çox uyğundur. Partlamaya, deşilməyə qarşı davamlıdır. Çiçək qutularında, ağır, tökülə bilən məhsulların, sitrus meyvələrinin, qalaqlanmış yüklərin paketlənməsində istifadə edilir. Teleskopik qutular olaraq təriflənirlər.
- Üç dalğa: Müxtəlif dalğa cinslərinin xüsusiyyətlərini bir araya gətirdiyi üçün həcmli və çox ağır yüklərin daşıma tarası kimi tətbiq edilir. Qalınlığı 12 mm-ə qədər ola bilər.
- Tək üzlü: Müxtəlif dalğa cinslərində istehsal edilən tək üzlü, ofset çaplı karton laminasiyasında, dekorativ məqsədlə və sarğılıq olaraq tətbiq edilə bilir.







